Şuşanın
Ermənistan silahlı qüvvələri tərəfindən işğalı XX əsrin sonunda, Qarabağın dağlıq
hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri, digər erməni
terrorçu dəstələri və Rusiyanın 366-cı moto-atıcı alayı ilə birlikdə Yuxarı
Qarabağda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini bir-birinin
ardınca işğal etdilər. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət
mərkəzi olan Şuşa şəhərini ələ keçinnəklə Ermənistan ordusu tərəfindən bütün
yuxarı Qarabağ və onun ətrafında olan 7 rayon zəbt olundu.
Nəticədə 289 km: ərazisi, 24 min nəfər
əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edildi. Şuşa uğ- runda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər
yaralandı, 58 nəfər isə itkin düşdü. Ermənilər tərəfindən əsir götürülmüş və
Şuşa həbsxanasında saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla
qətlə yetirildi. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın
25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7
uşaq bağçası, 4 kino-teatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya,
turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı,
Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət
Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və
dağıdılmışdır.
İşğala
qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət
və tarixi abidə var idi.
Hazırda
Şuşa rayonunun əhalisi Azərbaycanın 55 rayonunda müvəqqəti məskunlaşmışdır.
Bir vaxtlar "Kiçik Paris", "Qafqazın
sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin
konservatoriyası" adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə
də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri
erməni silahlı qüvvələrinin işğalı altındadır.
Şuşanın abidələr şəhəri olduğunu söyləyən
ümummili lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək
qiymətləndirərək bildinnişdir ki, "Şuşasız, Qarabağ, Qarabağsız isə Azərbaycan
yoxdur".